Nazir Azər Abbasova vəzifə verdi

Nazir Azər Abbasova vəzifə verdi

Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasov həvalə edilib.

Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.

2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.

Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib.

"Cebheinfo.az"