Oktay Kaynarcanın serialında yeni sima – FOTO

Oktay Kaynarcanın serialında yeni sima – FOTO

Türkiyənin "ATV" telekanalının sevilən seriallarından olan "Ben Bu Cihana Sığmazam"ın heyətinə yeni aktrisa daxil olub.

"Cebhe.info" xəbər verir ki, Hazal Soncul Oktay Kaynarcanın baş rolunda olduğu layihəyə qatılıb.

O, ekran işində qadın prokuror roluna həyat verəcək. Məşhur aktrisa indiyə kimi "Vatanım sensin" və "Çukur" kimi seriallarda rol alıb.

Qeyd edək ki, "Ben Bu Cihana Sığmazam" 68-ci bölümü ilə final edəcək.

Elmir Mustafa
"Cebhe.info"