Rəhman Rəhmanov göz əməliyyatı keçirdi

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.
"Cebheinfo.az" yenicag.az-a istinadən xəbər verir ki, bu barədə özü məlumat yayıb.
"Çox ağır göz əməliyyatı keçirdim. Demək olar ki, görmürdüm, kor olmuşdum. Bir çox həkimlərin yanına getdim, amma alınmırdı. Heç kim boynuna götürmürdü. Görməyinə ümidləri yox idi. "Dünyagöz" xəstəxanasından oftalmoloq-cərrah Fərəh xanım mənə çox böyük kömək etdi. İnsan gözsüz bir heçdir. Artıq gözlərim açılıb, indi cavan oğlan kimi görürəm. Gözümün nuru özümə qayıtdı".
"Cebheinfo.az"