Səidə: “Köməkçim evimdən paltarlarımı oğurladı”

Səidə: “Köməkçim evimdən paltarlarımı oğurladı”

Səidə Dadaşova köməkçisinin geyimlərinin oğurladığını iddia edib. 

"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bu barədə müğənni “Günə bax” verilişində danışıb.

O bildirib ki, həmin şəxsi sonradan müğənnilik etmək istəyib:

“Gördüm ki, kasıb bir insandır. Onu özümə köməkçi kimi götürdüm. Dedim ki, aylıq maaş verəcəyəm. Onu geyindirirdim. Sonra gördüm ki, müğənni olmaq istəyir.

Salona məndən əvvəl gedir, məndən çox bəzənirdi. Hətta evimdən paltarlarımı oğurladı. Bir çox şeylər oldu. Mənə dedi ki, başqası olsaydı, məni çoxdan müğənni edərdi. Sənsə kömək etmədin.

Sən kasıb bir qız idin. Sadəcə istədim ki, yanımda çalışasan, kömək edim ki, şəraitini qurasan. Demə, başqa məqsədi varmış. Onu Gülyanaq və Gülyaz bacılarından birinin yanına apardım. Dedilər, heç nə bilmir”.

"Cebheinfo.az"