“Təşkilat”dan 2 ayrılıq

“Təşkilat”dan 2 ayrılıq

“TRT1”-in yüksək reytinqli seriallarından olan “Təşkilat”da iki ayrılıq birdən yaşanıb.

“Cebhe.info” xəbər verir ki, Selin Gənc və Tuğçe Açıqgöz layihədən ayrılacaq.

“Sena” obrazını canlandıran Selinin 109-cu, “Gizəm” xarakterinə həyat verən Tuğçenin isə 110-cu bölümdə ekran işində vida edəcəyi məlum olub. Qeyd olunub ki, yeni mövsümdə yeni ssenari ilə ekranlara gələcək olan “Təşkilat”dan ayrılıq davam edəcək.

Xatırladaq ki, ölkəmizdə də maraqla izlənilən serial 111-ci bölümü ilə mövsümü yekunlaşdıracaq.

Elmir Mustafa
“Cebhe.info”