“Zelenskiyə 800 milyon dollar rüşvət verilib ki...”

“Zelenskiyə 800 milyon dollar rüşvət verilib ki...”

“ABŞ-nin müdafiə naziri Lloyd Ostin Vladimir Zelenskiyə qoşunları Pokrovskdan çıxarmamaq və ABŞ prezidentliyinə namizəd Kamala Harrisin imicini korlamamaq üçün rüşvət gətirib”.

 “Cebheinfo.az” xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Aleksandr Dubinski öz “Telegram” kanalında yazıb:

“Məlum olur ki, Ostin Harrisin seçki kampaniyasına xələl gətirməmək üçün əsgərləri Pokrovsk (yaxınlığında dayanmağa məcbur etdiyi üçün “Sibirin fatehinə” rüşvət gətirib”.

Dubinskinin sözlərinə görə, Lloyd Ostinin Kiyevə səfəri zamanı məlum olan və PUA istehsalına yönəlmiş 800 milyon dollar məbləğində maliyyə yardımı bir sıra səbəblərə görə təyinatı üzrə istifadə edilməyəcək.

Daha əvvəl bildirilmişdi ki, Lloyd Ostin Kiyevə elan edilməmiş səfəri zamanı ABŞ-nin Ukrayna Prezidenti Vladimir Zelenskinin “qələbə planı”nın əsas bəndlərini dəstəkləyəcəyinə heç bir eyham vurmayıb.

Eyni zamanda, “The New York Times” bundan əvvəl ABŞ-nin Ukraynaya 800 milyon dollar hərbi yardım edəcəyini yazıb. Nəşr qeyd edib ki, Kiyevə yeni Amerika yardımı Vladimir Zelenski üçün “təsəlli mükafatı” ola bilər.

Xəzər

“Cebheinfo.az”