“3+3” görüşü: Kimlər gedəcək?

“3+3” görüşü: Kimlər gedəcək?

Rusiya tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasında iştirakını təsdiqləyib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Sergey Viktoroviç Lavrovun planlaşdırılan iştirakını təsdiqləyirik", -deyə o, sualı cavablandırarkən qeyd edib.

Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən daha sonra irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıblar və Ermənistan da bu formata qoşulub.

Gürcüstan bu təşəbbüsdə iştirakı planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. 

Xarici işlər nazirləri səviyyəsində sonuncu görüş 2023-cü ilin oktyabrında Tehranda keçirilib.

Xəzər
“Cebheinfo.az”