Ermənistan və Azərbaycan sərhədində görüş BAŞLADI

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisindən bildirilib.
Bildirilib ki, iclas Tavuş vilayətində, Ermənistan-Azərbaycan sərhədində keçirilir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.
Cebhe.info