Lavrov da Ceyhun Bayramovun iştirak etdiyi tədbirə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə keçiriləcək iclasında iştirak edəcək.
Cebhe.info Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir sonuncu dəfə iki il əvvəl - 2021-ci ilin dekabrında Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa ölkələrində Rusiya aviasiyasının uçuşlarına qadağa qoyulduğu üçün Lavrovun bu səfərinin baş tutub-tutmayacağı hələ bəlli deyildi. Bundan əlavə, 2022-ci ildə Polşa o vaxt ATƏT-in hazırkı sədri olanda Varşava Lavrovun təşkilatın Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Lodz şəhərində keçirilən iclasında iştirakına icazə verməkdən imtina etmişdi.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da noyabrın 30-da Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.
Cebhe.info