Müsavat Dərvişoğlu Azərbaycanı belə TƏBRİK ETDİ
Türkiyənin İYİ Partiya sədri Müsavat Dərvişoğlu da xalqımızı təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" hesabında təbrik yazıb.
Paylaşımda deyilir:
"Dost və qardaş ölkəmiz Azərbaycanın dastan yazdığı Qarabağ Zəfərinin 5-ci ildönümünü, Türk millətinin hər fərdi kimi böyük bir qürur və sevinclə təbrik edirəm.
Türkün müstəqillik eşqini bütün dünyaya elan edən qəhrəmanlarımızı rəhmətlə anıram. Qarabağ Türkdür və əbədi şəkildə Türkün yurdu qalacaq".
Elmir Mustafa
"Cebheinfo.az"

