Qlobal Təzminat Hərəkatının Prezidenti: "BTQ-nin yaradılması səsimizi..."

Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması imkan verdi ki, səsimizi dünya ictimaiyyətinə çatdıraq.
Bunu Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Jose Martin Jean-Pierre (Qvadelup) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupunun yaradılması, beynəlxalq konfransların keşirlilməsi insanlığa qarşı zülm, müstəmləkələr haqqında dünya ictimaiyyətinə məlumat verməyə, səslərini dünya ictimaiyyətinə çatdırmağa mkan verib:
"Səsimizi dünyaya çatdırmaq bizim əsas prirotetimizdir. Buna görə də xaricdən dəstək almalıyıq. Hər kəsi BTQ-dən örnək götürməyə çağırırıq".
"Cebheinfo.az"