Rusiya bu tarixdə Zəngəzurda konsulluq açacaq

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi 2024-cü ilin əvvəlində Zəngəzurda baş konsulluq açmağı planlaşdırır.
Cebhe.info-nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun açılışı ilə bağlı aparıcı qrupunun rəhbəri Andrey Şonin açıqlama verib.
Diplomat bildirib ki, hazırda işçilər üçün xidmət və yaşayış sahələrinin seçimi davam edir.
O Zəngəzur bölgəsində çoxlu sayda Rusiya vətəndaşının yaşadığını xatırladıb.
Şonin qeyd edib ki, onların Rusiya diplomatik missiyasını açmaq üçün motivasiyası göz qabağındadır.
Müşfiq Abdulla
Cebhe.info