Separatçı rejimin rəhbərləri Ermənistana keçməyib: “Bu gün...”

Separatçı rejimin rəhbərləri Ermənistana keçməyib: “Bu gün...”

Qarabağdakı keçmiş qondarma rejimin rəhbərləri - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan Ermənistana keçməyib.

Cebhe.info-nun məlumatına görə, “Aravot.am” saytı etibarlı mənbələrə istinadən belə yazıb. Qeyd edilir ki, separatçı rəhbərlərin dördü də Qarabağda qalmaqda davam edirlər.

“Lakin bizdə olan məlumatlara görə, “prezidentlər”, “hökumət” üzvlərinin əksəriyyəti, o cümlədən təhlükəsizlik qüvvələrinin rəhbərləri Qarabağdadır. Gözlənilir ki, bu gün Azərbaycan tərəfi ilə baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın taleyi həll olunacaq”,-deyə mənbə qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-də “Bagramyan26” “Teleqram” kanalı Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və keçmiş qondarma rejimin sabiq “Təhlükəsilik şurası”nın katibi Vitali Balasanyanın Ermənistana keçdiyinə dair məlumat yayıb.

Müşfiq Abdulla
Cebhe.info