Vasif Talıbovun təyin etdiyi rəis işdən çıxarıldı

Vasif Talıbovun təyin etdiyi rəis işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

"Cebhe.info" Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.

Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə Ali Məclisin sabiq sədri Vasif Talıbovun qərarı ilə təyin edilmişdi.

"Cebhe.info"