Azərbaycanda ilginc hadisə: 74 nəfər uşaq sığınacağındakı kimsəsiz qızlara elçi düşüb

Azərbaycanda 74 nəfər uşaq sığınacağına müraciət edərək kimsəsiz qızla evlənmək istədiyin bildirib.
Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, 2023-cü ilin 10 ayı ərzində qaynar xəttə daxil olan zənglərdən 74 vacib hesab edilən müraciətlərin təhlil aparılıb.
Nəticələr aşağıdakı kimi olub:
1. 55 qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib;
2. 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib;
3. 5 kişi müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini bildirib. 5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır.
“Ən əsası, kimsəsiz qızlara "elçi" düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını bildiriblər.
31 nəfər bildirib ki, epilepsiyası var, uşaq kimidir, yəni əqli geriliyi var. 37 nəfər nəfər fiziki qüsurlu -DSP, görmə qabiliyyətsiz, eşitmə qabiliyyəti məhdud və ya digər xəsarətlidir.
Yalnız 1 müraciət kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib”.
Xəzər
Cebhe.info