Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb

Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb

Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.

Cebhe.info Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.

Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir:

"Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".

Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb:

"Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".

Cebhe.info