Bakıda FIA həftəsi başladı - FOTOLAR

Bakıda FIA həftəsi başladı - FOTOLAR

Dekabrın 4-dən Azərbaycanda FIA həftəsi başlayıb.

Dekabrın 8-dək paytaxt Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərindən biri hesab edilir. Bakı artıq beynəlxalq tədbirin qonaqlarını qəbul etməkdədir. FIA-nın paytaxtımızdakı tədbirlərinə 128 ölkədən nümayəndələr və avtomobil klublarının təmsilçiləri gələcəklər.

Cebhe.info