Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 17:00-a olan məlumatına əsasən Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.
Xidmətdən verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.
Cebhe.info