DİM 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat tapıb

DİM 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat tapıb

4 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən Cebhe.info-ya bildirilib ki, 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

Cebhe.info