Növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel faciəsinin 15-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçrilib. 

Bu barədə "Cebhe.info"-ya universitetin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, universitetin rektor əvəzi, dosent Vazeh Əskərovun, universitetin professor-müəllim heyəti və qətliam zamanı həyatını itirənlərin yaxınlarının iştirak etdiyi tədbir 30 aprel faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə əklil qoyulması və gül dəstələrinin düzülməsi ilə başlanılıb. 

Sonra universitetin həyətində faciə nəticəsində həyatını itirənlərin əziz xatirəsinə ağac əkilib. 

Ağacın önündə qurarşdırılımış lövhədə QR kod vasitəsi ilə universitetin web saytına giriş edib 30 aprel qətliamı zamanı həyatını itirənlər və zərərçəkənlər haqqında ətraflı məlumat almaq mümkündür. 

Naibə
"Cebhe.info"