Psixoloq: “Kişilər ailələri ilə vaxt keçirməkdənsə, ayaqyolunda...”

Psixoloq: “Kişilər ailələri ilə vaxt keçirməkdənsə, ayaqyolunda...”

Telefonla çox vaxt keçirmək müasir dövrün ən böyük problemlərindən birinə çevrilib.

Əvvəllər uşaqların və gənclərin mobil telefonla çox oynadığını görürdük. Lakin artıq böyüklərin də analoji addımı atması ilə qarşılaşırıq. Yetişkin insanların telefonla həddindən artıq vaxt keçirməsi isə bir çox problemlərə yol açır. 

Xüsusilə, evli kişilərdə telefon asılılığının olması faktı getdikcə artmaqdadır. Bu isə onların həyat yoldaşlarının ciddi narazılığına səbəb olur. Hətta bir çox xanım həyat yoldaşının telefonla ondan daha çox vaxt keçirməsindən gileylənir. 

Nə qədər qəribə səslənsə də, bu asılılığa sahib olan evli kişilərin evdə ən çox telefonla vaxt keçirdikləri yer isə ayaqyolu olur. Elmi araşdırmalara əsasən, bu da vərdiş halını almış problem kimi qəbul olunur. 

Bəs buna səbəb nədir? 

Mövzu ilə bağlı "Cebhe.info"ya açıqlama verən məşhur psixoloq Əfsanə Rüstəmova bildirib ki, kişilər ailələri ilə vaxt keçirməkdənsə, ayaqyolunda telefonla vaxt keçirməyi üstün tuturlar:

"İnsanların məişət öhdəliklərindən geriyə qalan asudə vaxtı dəyərləndirmək üçün müxtəlif seçimləri olur. Bu zaman zərfindəki seçim dünyagörüşündən, həyatdan nə almaq istədiyimizdən, necə yaşamağı arzulamağımızdan xəbər verir. Uzunmüddətli müşahidələr göstərir ki, ailələrin birlikdə edəcək fəaliyyət tapmağı çətinləşib.Ailə zamanlarında qadınlar “başqa zaman fürsətləri olmadıqları üçün” məişət problemindən və qayğılarından danışırlar".

Psixoloq qeyd edib ki, bu zaman keçirmə üsulu isə kişini evdən uzaqlaşdırır:

"Evdən ailəvi və ya tək uzaqlaşmaq məsrəf tələb etdiyi üçün kişilər adətən ailələri ilə zaman keçirmək yerinə ayaqyolunda telefonla vaxt keçirməyi üstün tuturlar. Bu isə özlüyündə danışmaqla problemləri həll etməyə çalışan qadını aqressivləşdirir.

Yaxşı olar ki, evdəki hamı ailəvi zaman keçirdiklərindəki gözləntilərini qeyd etsin”.

Elmir
"Cebhe.info"