Quru sərhədləri bu il açılmayacaq

Azərbaycanın quru sərhədləri gələn ilin yanvarın 2-dək açılmayacaq.
Cebhe.info xəbər verir ki, ölkədə xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.
Xatırladaq ki. Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb.
Səfərlər 3 ildir ki, yalnız hava nəqliyyatı ilə reallaşır.
Günay Şahmar
Cebhe.info