SABAH qruplarının 35 məzunu təqaüd alacaq

SABAH qruplarının 35 məzunu təqaüd alacaq

SABAH qruplarının 35 məzunu “2022–2026 Dövlət Proqramı” təqaüdçüsü adını qazanıb.

Cebhe.info xəbər verir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə 2023–2024-cü tədris ilində 381 nəfər 17 ölkənin nüfuzlu universitetlərində təhsil hüququ əldə edib.

Onlardan 49-u cari il üzrə dünyanın 10 ən yaxşı ali təhsil müəssisəsindən qəbul alıb. Dövlət Proqramı iştirakçısı adını qazanan 381 tələbədən 35-i SABAH qruplarının məzunudur.

Nigar
Cebhe.info