Saray qəsəbəsində zibil problemi: “Həftədə iki dəfə...”

Abşeron rayonu Saray qəsəbəsində yolboyu zibil qutularının olmaması səbəbindən sakinlər zibili yol kənarına atırlar. Nəticədə ərazi zibillənir və ətrafa üfunət iyi yayılır.
Sakinlərin sözlərinə görə, ara küçələrə də baxan yoxdur, yanlız kim ödəniş edirsə, bələdiyyə gəlib məişət tullantılarını götürür.
Bununla bağlı Cebhe.info-ya açıqlamasında Saray qəsəbə bələdiyyəsinin sədri Şahlar Məhərrəmov bildirib ki, məişət tullantıları həftədə 2 dəfə olmaqla yığılır:
“Məişət tullantılarını mütamadi olaraq həftədə 2 dəfə olmaqla yığırıq. Bizimlə yanaşı, “Zövq MMC” adlı şirkət tərəfindən də bu işlər görülür.
Adıçəkilən şirkət bütün küçələrə və məhlələrə daxil olaraq, məişət tullantılarını həftədə 2 dəfə olmaqla günün 1-çi yarısında götürür. Amma bərk məişət tullantıların şirkət yox, biz təmizləyirik”.
Həsən Məmmədov
Cebhe.info