“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin  təşkilatçılığı ilə “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində mətbuat konfransı keçirilib.

İctimai Birliyin sədri, layihənin rəhbəri Xətai Ələsgərli layihənin məqsədi, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması və esse müsabiqəsinin əhəmiyyəti barədə məlumat verərək bildirdi ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlanılıb.

Layihə səkkiz ay müddətində tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri, peşə və kollec tələbələrini əhatə edir. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə esse müsabiqəsi keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək. Müsabiqəyə esselər fevral ayının 20-dən iyun ayının 20-dək “Tariximizin işığında-Qərbi Azərbaycanın izi ilə” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.

Tədbirdə çıxış edən layihənin eksperti Taleh Əliyev, münsiflər heyətinin sədri Güllü Eldar Tomarlı, layihə rəhbərinin köməkçisi Vüsal Əmirov çıxış ediblər. Qeyd edilib ki, bu layihə gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Tədbirə qatılan çox saylı qonaqlar layihənin aktuallığı və gənc nəslin milli ruhda tərbiyə olunması baxımından əhəmiyyətindən danışaraq təşkilatçılara uğurlar arzuladılar.

"Cebheinfo.az"