Yağış kəsilib: Sel təhlükəsi sovuşdu

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.
Hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub.
Çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.
Cebhe.info