Xankəndidə ərzaq və dərman hara yox olur? - Ruben Vardanyanın növbəti avantürası

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəallaırn 30 gündür davam edən etiraz aksiyası həm də erməni tərəfinin yalanları ilə müşayiət olunur.
Xankəndidəki separatçı rejim güya ərazidə humanitar böhran yarandığını iddia edir, xüsusilə də ərzaq məhsulları ilə təminatda problemlər olduğunu bildirir.
Separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan qərar verib ki, ərazidə ərzaq mallarının bölüşdürülməsi üçün talon sistemi tətbiq edilsin. Artıq bu barədə məlumat da yayılıb. Bildirilib ki, ərzaq talonunun tətbiqi üçün mexanizm artıq hazırlanıb və öncə bir neçə əsas zəruri malların bölüşdürülməsi üzərində “sınaqdan keçirilir”.
“Yaxın günlərdə bu sistemə keçmək məqsədilə texniki və təşkilat işləri aparılır”, - deyə Ruben Vardanyan bildiib.
Xankəndidə yaşayan ermənilər mətbuata verdikləri açıqlamada mağazaların boş olduğundan, dərman çatışmazlığından danışıb. Ancaq məlumdur ki, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Xankəndi-Laçın yolundan maneəsiz hərəkət edir. Onlar tələb olunan bütün humanitar yardımı çatdırır, ağır xəstələri İrəvandakı xəstəxanalarına daşıyırlar. Bunu hətta Ruben Vardanyan keçirdiyi iclasda da təsdiqləyib. “Dövlət nazirinin mətbuat xidmətinin” məlumatında o da deyilir ki, iclasda səhhətində ciddi problemlər yaranmış xəstələrin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistan klinikalarına çatdırılması imkanları müzakirə edilib.
Laçın dəhlizində fasiləsiz etiraz aksiyaları başlayandan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları bir neçə dəfə Xankəndiyə gedib. Ordan Ermənistana xəstə aparılıb, ya da ora ərzaq çatdırıblar. Rəsmi məlumata görə, indiyədək Qızıl Xaç Komitəsi Qarabağda 7 belə əməliyyat aparıb, 15 xəstə və onların müşayiətçiləri Ermənistana göndərilib:
“ümumilikdə, 10 tondan artıq ərzaq, dərman ləvazimatı və uşaq yeməyi tibb müəssisələrinə çatdırılıb”.
Məlumatlarda da bildirilir ki, bu yardımlar Xankəndidəki ermənilərin ehtiyacına uyğun müəyyən edilir. Yəni separatçı rejimin nəzarətində olan ərazidə yerli səhiyyə təşkilatları ehtiyac siyahısı hazırlayır və buna uyğun olaraq onlara dırmanlar çatdırılır. Ərzaqla bağlı da vəziyyət təqribən oxşardır. Burada da separatçı rejim müvafiq siyahı tərtib edir və ərzaq təminatı həyata keçirilir. Başqa sözlə, əgər Xankəndidəki ermənilərin ərzaq ehtiyacı yaranıbsa, onun səbəbkarı bu ehtiyacı görməzdən gələn və ya bunu əlində bayraq etməyə çalışan separatçı rejimdir.
BQXK rəsmən bildirir ki, onlar ərzaq təminatıın həyata keçirirlər, ancaq onun kimlərə və hansı şərtlərlə verildiyinin monitorinqini aparmırlar. Başqa sözlə, qurum ancaq vasitəçidir. Belə olan halda, BQXK-nin Xankəndiyə daşıdığı ərzağın paylanması separatçı rejimin nəzarətindədir. Kim deyə bilər ki, Ruben Vardanyan və ya Araik Arutyunyan həmin ərzağı ehtiyacı olanlara paylayır? Yaxud bu ərzaq indi iddia olunduğu boş mağaza və ya bazarlara verilməkdənsə, anbarlara yığılmır?
Bir halda ki, separatçı rejimin öz içərisində dərin fikir ayrılığı artıq qarşıdurma səviyyəsinə keçib, vəzifədən azad olunmalar başlayıb, bunun mümkünlüyü bu qarşıdurmanı daha da dərinləşdirmək üçün tərəflərdən birinin “ehtiyat tədbiri” də ola bilər. Bu fikri təsdiqləyən daha bir nüans Xankəndidə ərzaq çatışmazlığından yazan “BBC News Azərbaycanca”-nın “Qızıl Xaç”ın yardımlarının sıravi sakinlər arasında hansı prinsiplər əsasında paylaşdırıldığını müəyyənləşdirə bilməsidir.
Bundan başqa, sülhməramlılaırn təminat karvanı da yolda maneəsiz hərəkət edir. Onların nə daşıdığı barədə rəsmi məlumat yoxdur.
Hətta iddia olunur ki, kommunal xidmətlərlə bağlı da problem yaranır. Xankəndidə uşıq, qaz və ya suyun olmaması barədə məlumatlar yayılsa da, məlumdur ki, separatçıların nəzarətindəki ərazidə kommunal xidmət Azərbaycan tərəfindən göstərilmir. Yəni bu problemi nə Azərbaycanın təzyiqi, nə də Laçın yolundakı aksiya ilə əlaqələndirmək mümkündür.
Deməli, həm iddia olunan ərzaq çatışmazlığı, həm də yox olan kommunal xidmətin “izi” separatçı rejimin “siyasətinə” gedib çıxır...
Elnarə Kərimova
Cebhe.info