Braziliya sahillərində qayıqda 20 cəsəd tapılıb

Braziliya sahillərində qayıqda 20 cəsəd tapılıb

Braziliyanın şimal-şərqində bir qayıqda ən azı 20 çürümüş cəsəd tapılıb.

"Cebhe.info" xəbər verir ki, Braziliyanın Federal İctimai Nazirliyi verdiyi açıqlamada qayığın aprelin 13-də Paranın şimal-şərqindəki Braqansa sahilində tapıldığını açıqlayıb.

Səlahiyyətlilər qayıqda ən azı 20 cəsədin olduğunu bildirib, lakin qalıqların parçalanması səbəbindən qayıqda neçə nəfərin öldüyü məlum deyil.

Müstəntiqlər "CNN Brazil"-ə bildiriblər ki, ölənlərin Braziliyadan deyil, Karib hövzəsindən olduğu güman edilir.

Yerli hakimiyyət orqanları son vaxtlar itkin düşmüş braziliyalılarla bağlı məlumatların olmadığını bildiriblər.

Nigar Hacılı 
"Cebhe.info"