Çavuşoğlundan İsveç və Finlandiya ilə bağlı şok açıqlama

Çavuşoğlundan İsveç və Finlandiya ilə bağlı şok açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə hakimiyyəti Ankaranın tələblərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olmayacaq.

Cebhe.info xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO üzvlüyünə “hə” deyə bilmərik. Parlament hazırkı reallıqda bu protokolu ratifikasiya etmir. NATO-nun yaradılması ideyası bloka üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə əsaslanır”, - o bildirib.

Çavuşoğlu həmçinin qeyd edib ki, Stokholm öz öhdəliklərini yerinə yetirərsə, Türkiyə alyansa qoşulmaq üçün İsveçlə danışıqlara qayıtmağa hazırdır.

Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Ankara hazırda Stokholmun NATO üzvlüyünə namizədliyindən daha çox Helsinkinin namizədliyinə müsbət yanaşır.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkə Finlandiyanın NATO-ya üzv olmaq ərizəsi ilə bağlı İsveçi şoka salacaq bir qərar verə bilər.

Onun sözlərinə görə, Helsinki Stokholmla eyni addımların atılmasına imkan verməməlidir.

Sevinc Tapdıqqızı
Cebhe.info