Zaxarova erməniləri Qarabağ məsələsində yerində oturtdu: “Həyasızcasına...”

Zaxarova erməniləri Qarabağ məsələsində yerində oturtdu: “Həyasızcasına...”

“Bilirsiniz, bu tezislər vaxtaşırı eşidilir, daha doğrusu, Ermənistan tərəfindən informasiya məkanına, qlobal məkana atılır”. 

“Cebhe.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə Dağlıq Qarabağı Azərbaycana məxsus kimi tanıması ilə bağlı erməni mediasında irəli sürülən tezisə necə münasibət bildirirsiniz?” sualı cavablandırarkən deyib. 

“Rusiya rəhbərliyinin sözləri və hərəkətləri tamamilə həyasızcasına təhrif olunub. İcazə verin, hadisələrin necə inkişaf etdiyini bir daha faktlarla verim: Rusiya Prezidenti Vladimir Putinin iştirakı nəticəsində 2020-ci il noyabrın 9-da Dağlıq Qarabağda atəşkəs və bütün münaqişə zonasında hərbi əməliyyatlar haqqında üçtərəfli yüksək səviyyəli Bəyanat qəbul edildi. Eyni zamanda, Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərarın gələcək nəsillərə ötürülməsi barədə necə deyərlər, centlmen razılaşması əldə olunub. Mən Rusiya Federasiyasının Prezidentindən bir neçə sitat gətirəcəyəm. 2020-ci il noyabrın 17-də mətbuat konfransı zamanı Putin hətta Ermənistanın Qarabağın müstəqilliyini tanımamasına diqqət çəkdi: “Beynəlxalq hüquq baxımından Azərbaycan dünya birliyinin Azərbaycan ərazisi hesab etdiyi əraziləri geri qaytarırdı. Eyni zamanda, o qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu həll olunmayıb və tərəflər status-kvonu saxlamaq barədə razılığa gəliblər””.

Zaxarova digər məqama da toxunub:

“Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Praqada keçirilən sammit zamanı Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyanın məhz Ermənistan olduğuna diqqət çəkib. Ermənistan 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqının himayəsi altında keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb.

Yada salaq ki, 44 günlük müharibədən sonra 2020-ci il noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin geniş mətbuat konfransında demişdi: “Beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın bir hissəsidir, lakin reallıqda vəziyyət daha mürəkkəbdir. Burada hər bir tərəfin öz həqiqəti var”.

22 noyabr 2020-ci il tarixində “Moskva. Kreml. Putin” “Rossiya 1” telekanalında Vladimir Putin deyib:

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımırdı. Bu o demək idi ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən istər Dağlıq Qarabağ, istərsə də ona bitişik bütün ərazilər Azərbaycan Respublikasının ərazisinin ayrılmaz hissəsi olub və belədir”.

Xəzər
“Cebhe.info”