Dağılan həbsxanadan 119 məhbus qaçdı

Dağılan həbsxanadan 119 məhbus qaçdı

Nigeriyanın Niger əyalətində leysan yağış və fırtına səbəbindən həbsxananın bir hissəsinin uçması nəticəsində 119 məhbusun qaçdığı bildirilib. 

"Cebhe.info" xəbər verir ki, Federal Paytaxt Ərazisi (FCT) Həbsxanasının sözçüsü Adamu Duza verdiyi yazılı açıqlamada dünən Nigerin Suleja bölgəsində güclü yağış və fırtınanın həbsxananın bir hissəsinin uçmasına səbəb olduğunu deyilib. 

Həbsxanada olan 119 məhbusun bu səbəbdən qaçdığını qeyd edən Duza təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyat-axtarış tədbirləri ilə indiyədək 10 məhbusun yaxalandığını bildirib. 

Nigar Hacılı 
"Cebhe.info