G7 ölkələri İranın İsrailə hücumunu pisləyib

G7 ölkələri İranın İsrailə hücumunu pisləyib

“Böyük yeddilik”  (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Vaşinqtonda görüşüblər.

Görüşün yekununda birgə bəyanat qəbul olunub.

"Cebhe.info" xəbər verir ki, bəyanatda G7-yə üzv ölkələr İranın silah istehsal etmək, satın almaq və üçüncü ölkələrə ötürmə qabiliyyətini azaltmaq üçün lazımi tədbirlər görəcəklərini bildiriblər.

Rəsmilər, həmçinin İranın İsrailə qarşı hücumunu da pisləyiblər.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb. Tehran bu hücumun İsrailin hərbi obyektlərini hədəf aldığını bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsrailə qarşı atdığı təxminən 350 raketin 99 %-nin qarşısının alındığını və Nevatim bazasına cüzi ziyan dəydiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info