İtaliyadan "Amazon"a cərimə: 10 milyon avro ödəyəcək

İtaliyadan "Amazon"a cərimə: 10 milyon avro ödəyəcək

İtaliyanın Rəqabət İdarəsi ABŞ-dan fəaliyyət göstərən dünyaca məşhur “Amazon” şirkətini 10 milyon avro cərimələyib.

"Cebhe.info" xəbər verir ki, bu barədə sözügedən qurumun yazılı açıqlamasında deyilir.

Bildirilib ki, “Amazon” şirkəti italyan internet saytında bir çox məhsullar üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edib.

Şirkətin bu cür addımının istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı vurğulanıb.

Qurumun bu səbəbdən “Amazon”u 10 milyon avro cərimələdiyi bildirilib.

Qeyd edilib ki, “Amazon”un törəmə şirkətləri, Lüksemburqda yerləşən “Amazon Services Europe” və “Amazon EU” da cəzadan təsirlənib.

İtaliyanın "ANSA" agentliyinin dərc etdiyi xəbərdə “Amazon”un bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib.

Qeyd olunub ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini müdafiə edib.

 Nigar Hacılı 
"Cebhe.info"