Minifutbol üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib

Minifutbol üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib

Minifutbol üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Final matçında iki ispan komandası - "Palma" və "Barselona" üz-üzə gəliblər.

"Palma" rəqibinə 5:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.

Turnirin bürünc medalçısı Portuqaliya klublarının duelində müəyyənləşib. “Sportinq”i 6:3 hesabı ilə məğlub edən “Benfika” fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, “Palma” ardıcıl ikinci dəfə minifutbol üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.

"Cebhe.info"