Bakıda toydan çıxan qadınları maşın vurdu - Ölən var

Bakıda toydan çıxan qadınları maşın vurdu - Ölən var

Bakıda ağır yol qəzası baş verib.

"Cebhe.info" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayının qarşısında toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Cebhe.info"