İsrail MN başçısı Pentaqon rəhbəri ilə danışıqlar apardı

İsrail MN başçısı Pentaqon rəhbəri ilə danışıqlar apardı

İsrailin müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.

Modern.az RİA-ya istinadən xəbər verir ki, Qallant Rəfah əməliyyatına alternativin olmadığını bildirib.

Dünən Qallant elan etmişdi ki, İsrail qoşunlarının Rəfaha daxil olması əmri tezliklə veriləcək.

Netanyahu dəfələrlə HƏMAS-ı məğlub etmək üçün Rəfah əməliyyatının zəruri olduğunu bildirib. Hazırda şəhərdə 1 milyondan çox fələstinli var.

"Cebhe.info"