Paşinyan müharibədəki məğlubiyyəti qələbə sayır

Paşinyan müharibədəki məğlubiyyəti qələbə sayır

“Hamımızın  hələ də məğlubiyyət hesab etdiyimiz şeyi qələbəyə çevirmək ehtimalı var”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib.

“İndi biz hamımız məğlubiyyətlə üzləşərək Ermənistan Respublikasının Yer planetində çox uzun müddət, yaxın əsrlərdə mövcud olmaq imkanı yaratmışıq. Biz hələ də bunun bizim üçün nə qədər böyük və epoxal bir fürsət olduğunu başa düşmürük, lakin biz bir idarəetmə komandası olaraq bunu həyata keçirməyi bacarmalıyıq”,-deyə Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, indiki mərhələdə ölkə vətəndaşlarının əksəriyyəti bu prosesi ən azı şüuraltı hiss edir:

“Məhz bunun nəticəsidir ki, real Ermənistana qarşı aparılan bütün proseslər iflasa uğrayır”.

Paşinyan qeyd edib ki, bu dövlətin mövcudluğu onların siyasi iradəsi, siyasi müdrikliyi və zəkasıdır:

“Vəziyyəti başa düşmək və buna əsaslanaraq qərar qəbul etmək bacarığıdır.

Bu ideologiya ilə biz 2026-cı ildə azad, ədalətli, demokratik seçkilərə getməliyik”.

Xəzər
“Cebhe.info”