Bu ölkələrin inkişaf dinamikası dəyişib

Bu ölkələrin inkişaf dinamikası dəyişib

Beynəlxalq Valyuta Fondunun (BVF) aprel hesabatında inkişaf etməkdə olan ölkələr üzrə iqtisadi artım proqnozu 0.1 faiz bəndi yuxarı doğru dəyişdirilərək 4.2 faiz müəyyən edilib.

“Cebhe.info” xəbər verir ki, BVF-nin hesabatında 2025-ci il üzrə iqtisadi artım proqnozu isə dəyişdirilməyərək 4.2 faiz səviyyəsində saxlanılıb.

Bu ölkələr üzrə 2024-cü ildə iqtisadi artım Asiyada 5.2 % (dəyişməz saxlanılmış), Avropada 3.1 % (0.3 f.b. yuxarı reviziya), Latın Amerikasında 2.0 % (0.1 f.b. yuxarı reviziya), Orta Şərq və Mərkəzi Asiyada 2.8 % (0.1 f.b. aşağı reviziya) və SubSahara Afrikasında isə 3.8 % (dəyişməz saxlanılmış) səviyyəsində müəyyən edilib.

2025-ci il üzrə isə proqnozlar Asiyada 0.1, Avropada 0.3 faiz bəndi artırılıb, Sub-Sahara Afrikasında 0.1 faiz bəndi azaldılıb, Orta Şərq və Mərkəzi Asiyada, eyni zamanda Latın Amerikasında isə dəyişməz saxlanılıb.

Vilayət Muxtar
“Cebhe.info”