Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Müasir dünya inkişaf etdikcə robotların da artıq həyatımızda daha intensiv rol alması qaçınılmazdır.

Hazırda bir çox sahələrdə robotlarından istifadə olunur. Hətta insanabənzər robotların da sayı artmaqdadır. İllər keçdikcə onlar daha çox insana oxşamağa və daha sərbəst hərəkət etməyə başlayıblar. Bu isə bəzi insanların narahatlığına səbəb olur. Çünki insanların əksəriyyəti robotların dünyanı ələ keçirməyə çalışa biləcəklərindən qorxurlar.

Əlbəttə ki, bu mövzuda çəkilən filmlər və yazılan əsərlər də həmin düşüncələrin yaranmasına səbəb ola bilir. Lakin mütəxəssislər indiki vəziyyətdə robotların insanlar üçün heç bir təhükə yaratmadığını, onların idarə oluna bildiyini deyirlər. Buna baxmayaraq, bəzi ekspertlər robotların özlərinin hazırlayacağı robotların bəşəriyyət üçün təhlükələr yol aça biləcəyini iddia edirlər.

Maraqlıdır, robotların dünyanı ələ keçirmə ehtimalı var? Süni intellekt insanlar üçün təhlükə vəd edir?

Məşhur astroloq Səbuhi Rəhimli bununla bağlı “Cebhe.info”-ya danışıb. 

O xatırladıb ki, 1960-cı illərdə nəşr olunan əsərlərdə robotların sərbəstləşərək insanlarla vuruşduqları barədə yazılıb:

“Təbii ki, ədəbiyyat və texnologiya inkişaf etdikcə bu mövzular bir az daha artırıldı. Amma dünyada belə hallar yaşanmayacaq. Çünki robotların idarəetmədən çıxaraq ordu qurub insanlara qarşı vuruşması mümkün deyil. Nəzərə almaq lazımdır ki, nə olur olsun robotlar müəyyən qədər idarə olunurlar. Robotun özünün robot düzəldə bilməsi də inandırıcı deyil”. 

O bildirib ki, süni intellekt nə qədər güclü olsa da, şüuru olmayan robot uzunmüddətli ola bilməz:

“Lakin robotları kənardan idarə edərək bir-biri ilə vuruşdura bilərlər. Bu da kompüter oyunundan başqa bir şey deyil. O boyda xərc çəkib robotların bir-birini qırması ilə heç nəyə nail olmaq olmaz. Filmlərdə göstərildiyi kimi robotların dünyanı ələ keçirməsi, insanlara müharibə etməsi kimi ssenarilər həyatda ola bilməz”.

Elmir Mustafa
“Cebhe.info”