ABŞ-də minlərlə tələbə saxlanılıb

ABŞ-də minlərlə tələbə saxlanılıb

Amerika Birləşmiş Ştatlarında universitetlərdə keçirilən Fələstinə dəstək aksiyalarında saxlanılanların sayının 2500 nəfər olduğu açıqlanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Bildirilib ki, gələn həftə ABŞ universitetlərində keçirilməsi planlaşdırılan məzuniyyət mərasimlərinə baxmayaraq, Fələstinə dəstək nümayişlərinin davam edəcəyi gözlənilir.

Müdaxilələrə baxmayaraq, həftəsonu da ölkə daxilində nümayişlər davam edib.

Ötən gün Çikaqodakı DePaul Universitetində Fələstini dəstəkləyən tələbələrlə hökumət əleyhinə etirazçılar arasında gərginlik yaşanıb.

Şənbə günü Çarlottesville şəhərindəki Virciniya Universitetində keçirilən nümayişdə 25 fələstinli tərəfdar saxlanılıb.

Cənubi Kaliforniya Universitetində (USC) dünən Los-Anceles Polis Departamenti Fələstinə dəstək verən tələbələri uzaqlaşdırıb və kampusdakı “Qəzza ilə həmrəylik” düşərgəsini yığışdırıb.

Nigar Hacılı 
"Cebhe.info"