Həkimlər etiraz etdi: Hökumət geri addım atdı

Həkimlər etiraz etdi: Hökumət geri addım atdı

Cənubi Koreyada hökumətin tibb fakültələrində kvotaları artırmaq planına qarşı işdən çıxan həkimlərin müqaviməti getdikcə güclənir.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Səhiyyə nazirinin ikinci müavini Park Minsu bildirib ki, kvotaların artırılması qərarında tibb fakültələrinin rəhbərliyinə əlavə 50-100 faiz arasında güzəştlər veriləcək.

Hökumət fəaliyyətini dayandıran həkimlərin lisenziyasının dayandırılmasını da təxirə salıb və tətil edən həkimlərə dəstək verən universitet professorlarına cəza tətbiq etməmək qərarına gəlib.

Xatırladaq ki, Cənubi Koreya hökumətinin yaşlı əhalinin artması və kənd yerlərində tibbi xidmətin qeyri-kafiliyi ilə mübarizə səbəbiylə 2025-ci ilə kimi tibb fakültələrində tələbə kvotalarını 2 min nəfər artırmaq qərarından sonra 13 minə yaxın həkim ölkədə fevral ayında tətil başlayıb.

Nigar Hacılı 
"Cebhe.info"