“Uğursuz və yazıqdır” - Qalmaqal - VİDEO

“Uğursuz və yazıqdır” - Qalmaqal - VİDEO

“Avroviziya” təmsilçilərimiz Samirə Əfəndi və Dilarə Kazımova arasında gərginlik yaşanıb.

"Cebhe.info" Olay.az-a istinadən xəbər verir ki, sənətçilər ötən gün Nura Surinin yeni klipinin çəkilişi zamanı bir araya gəliblər.

Samirə çəkiliş edən zaman studiyaya Dilarə təşrif buyurub.

Onun rəqsini və kamera qarşısında çıxışını görən Kazımova “Bu da “Mata Hari” obrazından çıxa bilmir”, - deyə şərh verib. Bu sözləri isə kadrarxasında olan Əfəndinin köməkçisi eşidib və Samirəyə deyib.

Müğənni isə məkandan çıxandan sonra instaqramda video paylaşaraq “Efendi özü bir obrazdır”, - sözlərini söyləyib. O, obrazsız insanlara isə yazıq, uğursuz, çulsuz kimi baxdığını bildirib.

Qeyd edək ki, sənətçilər uzun illərdir küsülüdür.

"Cebhe.info"