Maqnit qasırğası: Kimlərə daha çox təsir edir?

Maqnit qasırğası: Kimlərə daha çox təsir edir?

İqlim dəyişikliyi səbəbindən çox güclü qasırğaların olacağı iddia olunur.

Bu nəticəyə Lourens Berkli Milli Laboratoriyasının amerikalı klimatoloqları gəliblər.

Mövcud Saffir-Simpson qasırğa şkalasına 1-dən (33-42 m/s) 5-ə (70 m/s-dən çox) qədər beş kateqoriya daxildir.

Artıq Laurensa Laboratoriyasının alimləri, Saffir-Simpson şkalası üzrə hipotetik 6-cı kateqoriya (85m/s) təqdim edib.

Bundan əlavə, maqnit qasırğaları da son illərdə aktivləşib. Maqnit qasırğaları daha çox ürək, qan-damar və sinir sistemində problem olan şəxslər üçün narahatlıq yaradır.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, maqnit qasırğaları bəzi xəstələrə mənfi təsir edə bilər:

"Atmosferdə baş verən hadisələr meteohəssas insanalara təsir göstərir. Geomaqnit qasırğası isə ürək-damar, yüksək təzyiq, diabet xəstəliyi olan insanlara mənfi təsir göstərir.

Amma indiyədək maqnit qasırğasının Yer səthində hansısa ağır nəticələri olmayıb. İndiyə qədər hansısa xəstə bu maqnit qasırğasından ciddi dərəcəsə təsirlənməyib.

Bu məlumatın yayılması daha çox psioxoloji duruma mənfi təsir göstərir. Amma kimsə qorunmaq istəyirsə, havaya çıxmadan qoruna bilər".

Naibə
"Cebhe.info"