Məhsulun üzərində bu rəqəmlər varsa: ALMAYIN

İnsan sağlamlığı üçün təhlükəli olan qatqıların adları çəkilib.
Bunlar mağazalarının rəflərindəki demək olar ki, bütün məhsullarda olur.
“Cebheinfo.az” xəbər verir ki, "qara siyahı"ya E249-252 - qurudulmuş ət, donuz və vetçinada olan nitratlar və nitritlər daxildir. Alimlərin fikrincə, onlar bağırsaq, döş və prostat xərçənginə səbəb olurlar.
Jele, konfet, çips, peçenye, sərinləşdirici içkilər və hazır əriştələrdə olan E110 əlavəsi də çox təhlükəlidir. Mədə-bağırsaq traktının problemlərinin səbəbi isə nanəli konfetləri, şirniyyatlar və şəkərsiz süd kokteyllərinə daxil olan E420 ola bilər.
E621 və ya dad artırıcı monosodium glutamat da ciddi zərər verir. Belə bir qatqı olan məhsulların müntəzəm istehlakı baş ağrısı, tərləmə, sürətli ürək döyüntüləri və üz və boyunda uyuşmaya səbəb olur.
Xəzər
“Cebheinfo.az”