Qazaxıstanda təqaüd proqramı ilə təhsil almaq imkanı

Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
“Cebheinfi.az” xəbər verir ki, proqram Azərbaycan Respublikası vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən həyata keçirilir. Təqaüd proqramına müraciət üçün son tarix 01 may 2025-ci ildir.
Nigar
“Cebheinfo.az”