Şəhidimiz Göyçayda dəfn edildi - FOTOLAR

Şəhidimiz Göyçayda dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Behbudov Daşqın Nəsrəddin oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

O, İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Mırtı kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Behbudov Daşqın Nəsrəddin oğlu 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

​​​​​​"Cebheinfo.az"