190 milyondan çox uşaq təhlükədədir - UNICEF

190 milyondan çox uşaq təhlükədədir - UNICEF

Martın 22-24-də Nyu-Yorkda keçiriləcək “BMT 2023 Su Konfransı”nda dünya liderləri, beynəlxalq təşkilatlar və digər iştirakçılar 46 ildən sonra ilk dəfə dünyada hər kəsin su mənbələrinə çıxışının təmin edilməsi istiqamətində irəliləyişləri nəzərdən keçirmək üçün bir araya gələcəklər.

Cebhe.info xəbər verir ki, konfransdan əvvəl dərc edilən hesabatda UNICEF dünyada 190 milyon uşağın su ilə bağlı böhran səbəbindən böyük risk altında yaşadığını açıqlayıb.

Hesabatda su, kanalizasiya və gigiyena xidmətlərinə çıxışın olmamasının xüsusilə 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının artmasına səbəb olduğu, uşaqların iqlim və ətraf mühitlə bağlı təhlükələr səbəbindən böyük təhlükə ilə üzləşdiyi qeyd olunub. Problemə son qoymaq üçün maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac olduğu vurğulanıb.

Ən çox zərər çəkmiş ölkələrdə silahlı münaqişə və müharibələrin riskləri artırdığı və uşaqların təmiz suya və kanalizasiyaya çıxışını çətinləşdirdiyi qeyd olunub.

Cebhe.info