ABŞ-da avtomobil qəzasında irlandiyalı tələbə ölüb

ABŞ-da irlandiyalı tələbə Ella Mills avtomobil qəzasından ölüb.
Cebhe.info bu barədə "BBC News"a istinadən xəbər verir.
Ella Mills bazar günü Vaşinqton yaxınlığındakı Potomak çayında baş verən insidentdən sonra dünyasını dəyişib.
O, Kolumbiya Universitetinin "Whitewater" klubu ilə səfərdə idi.
Mills "Dublin Trinity College" ilə ortaq proqram çərçivəsində Kolumbiya Universitetində təhsil alırdı.
Universitetin dekanı Lisa Rosen-Metç Millsi yad edərkən "O, öyrənmək sevgisi, intellektual marağı və ədəbiyyata həvəsi olan biri idi" deyib.
Nigar Hacılı
Cebhe.info