ABŞ-da silahla öldürülən uşaqların sayı açıqlandı

ABŞ-da silahla öldürülən uşaqların sayı açıqlandı

İlin əvvəlindən ABŞ-da silahlı zorakılıq nəticəsində ölən uşaqların sayı 1300-ü keçib.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ Silah Şiddəti Arxivinin internet saytı məlumat yayıb.

Bildirilir ki, ABŞ-da yanvarın 1-dən etibarən silahlı zorakılıqlar nəticəsində öldürülən uşaqların sayı 1 324-ə yüksəlib.

Ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən paylaşılan rəsmi məlumatlar, ABŞ-da 2019-2021-ci illər arasında silahlı zorakılıq nəticəsində öldürülən uşaqların sayının 50 faiz artdığını göstərir.

Bu nəticələrə görə, ölkədə 18 yaşınadək uşaqların ölüm səbəbləri arasında silahlı zorakılıq, yol-nəqliyyat hadisələrini üstələyərək gündə orta hesabla 3,6 ölümlə birinci yerə yüksəlib.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) 2021-ci ildə paylaşdığı statistikaya görə, ABŞ-da hər gün orta hesabla 3 uşaq yol qəzalarında ölür.

ABŞ Silah Şiddəti Arxivinin internet saytındakı məlumatlarda ilin əvvəlindən bəri ABŞ-da silahlı zorakılıq nəticəsində həyatını itirənlərin ümumi sayı 32 min 548, yaralananların sayı isə 28 min 338 olub.

Eyni arxiv qeydlərində silahlı hücumlarda həyatını itirən 1 324 uşaqdan 1 096-nın 12-17 yaş arasında, 230-nun isə 11 yaşdan kiçik olduğu qeyd edilib.

Son 9 ayda silahlı hücumlarda ümumilikdə 18 yaşdan kiçik 3570 uşağın yaralandığı bildirilib.

Nigar Hacılı
Cebhe.info