Almaniya müdafiə naziri təcili Kiyevə gəldi

Almaniya müdafiə naziri təcili Kiyevə gəldi

Almaniya müdafiə naziri Boris Pistorius Kiyevə elan olunmamış səfərə gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə "Sputnik" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Pistorius səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə danışıqlar aparacaq, Ukrayna əsgərlərinin təlimi və Kiyevə hərbi yardım məsələlərini müzakirə edəcək.

Nazirin Maydan meydanına əklil qoyacağı və Ukrayna əsgərlərinin təlim bazasına baş çəkəcəyi də gözlənilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin də bazar ertəsi Kiyevə gözlənilməz səfər etmişdi. 

Austin Ukrayna rəhbərliyi ilə görüşərək qarşıdan gələn qış mövsümündən sonra Ukrayna ordusuna dəstək və əməkdaşlığın gücləndirilməsi kimi məsələləri müzakirə edib.

Nigar Hacılı 
Cebhe.info